UÇOTUN QURULMASI
VƏ APARILMASI
E-MİRAS şirkəti olaraq biznes subyektlərinə milli və beynəlxalq standartlara uyğun mühasibat və kadr uçotu üzrə xidmətlər təklif edirik. Təcrübəli mütəxəssislərimiz tərəfindən müəssisənizdə uçotun qurulması, təkmilləşdirilməsi, gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi, aylıq, rüblük və illik hesabatların müvafiq dövlət orqanlarına təqdim edilməsi, əsas vəsaitlərin inventarizasiyası, kadr kargüzarlığının təşkili, əmək haqqı hesablanması, işçilərin icbari sığortası və s. həyata keçirilir.
