BİZNES PROSESLƏRİN

ANALİZİ

Şirkətlərin fəaliyyəti biznes proseslərdən başlayır. Proseslərin idarə olunması üçün əvvəlcə onlar modelləşdirilməli və təhlil edilməlidir. Biznes proseslər analistlərimiz tərəfindən xəritələndikdən sonra proseslər mərhələlərə bölünür, işçilərin rolları və məsuliyyət sahələri təyin edilir.

Biznes proseslərin analizi onları müşahidə etməyə və harada təkmilləşdirilə, avtomatlaşdırıla, tənzimlənə, şəffaflaşdırıla və şirkətdəki dəyişikliklərə uyğunlaşdırıla biləcəyini tapmağa imkan verir.

Biznes proseslərin idarə edilməsi sizə aşağıdakı üstünlükləri əldə etməyə imkan verə bilər:

- Əməliyyatları avtomatlaşdırmaqla işçi səmərəliliyinin artırılması

- Proseslərin şəffaflığını və idarə oluna bilənliyinin artırılması

- Proseslərin auditi, səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi