ERP SİSTEMLƏRİNİN

QURULMASI VƏ TƏTBİQİ

Müəssisə resurslarının planlaşdırılması üçün nəzərdə tutulan ERP sistemlərinin əsas məqsədi şirkətin bütün şöbələrini və biznes proseslərini bir bazaya cəmləyərək vahid sistem vasitəsi ilə idarə edilməsidir. Biznes proseslər arasında məlumat axınını təmin edən bu sistemlər hesabatlar, layihələrin, risklərin və ehtiyatların idarə edilməsi və gündəlik fəaliyyətə nəzarət üçün istifadə edilir. Qurulması və tətbiqini həyata keçirdiyimiz sistemlər vasitəsilə aşağıdakı üstünlükləri əldə edəcəksiniz:

- Vaxta qənaət

- Əməliyyatların rahatlığının artırılması və xərclərinin azaldılması

- Effektivliyin artırılması, insan səhvlərinin minimuma endirilməsi

- İnformasiya təhlükəsiziliyinin təmin olunması

- Şöbələr arasında əməkdaşlığın artırılması

- Dəqiq proqnozların verilməsi

ERP sistemlərə və ya qurulan proqram təminatlarına xüsusi istiqamətlər üzrə modullar əlavə edilə bilər (HR, CRM, İstehsalat, İnventarlaşma, SCM və s.)